Sevgilim | Kazımlı Kamran

Bu gün hərbi xidmətini təzəlikcə başa vuran sinif yoldaşım Kazımlı Kamranla görüşdüm.Əsgərlikdə olan xatirələrindən danışdı və təsadüfən nömrə olan bloknotunu cibindən çıxararəkən qeyd etdi ki,boş-bekar olanda uşaqlarla şeir yazırdıq.Dedim ver oxuyum və oxudum çox maraqlı gəldiyindən sizlə də paylaşmaq qərarına gəldim.



Vaxtsız yada düşür darıxır ürək,
Sevən sevgisini danmasın gərək.
Çoxdandır görmürəm sevgilim səni,
Görən gözləyirmi sevgilim məni?!

İl yarım xidmətdi mən də getmişəm,
Sən də darıxırsan onu bilirəm.
Ürək bağışlamaz vaxtsız gedəni,
Görən gözləyirmi sevgilim məni?!

Bir vaxtlar əlində əlim var idi,
Dünyalar gözəli mənə yar idi.
Yadıma salıram olub keçəni,
Görən gözləyirmi sevgilim məni?!

Gülüm mən məcburam gələ bilmirəm,
Dərdimi səninlə bölə bilmirəm.
Çünki qoruyuram Ana Vətəni,
Görən gözləyirmi sevgilim məni?!

Bəlkə də sevgilim uzaqda indi,
Amma arxayınam qəlbin mənimdi.
Yaxşısı unudum ağla gələni,
Yox dəqiq sevgilim gözləyir məni!

Müəlif:Kazımlı Kamran
ALLAH əsgərlərimizi qorusun və sevgililərindən ayrı düşməsin.Amin!
 

2 şərh

Ferbara
Yaxşısı unudum ağla gələni,
Yox dəqiq sevgilim gözləyir məni!
DiplomatkA
Paylasdigin üçün tskr